Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rusiya İran adlanan ölkə ilə İsrailin gizli razılaşdığını təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az saytına istinadın yaydığı məlumata görə İsraillə İran adlanan ölkə arasında İran qoşunlarının Suriyanın cənub-qərbindən çıxarılmasıyla bağlı razılıq əldə olunub. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya deyib.

“Belə baş düşürəm ki, razılıq əldə olunub. İndiki məqamda onun reallaşdırılacağını deyə bilmərəm. Başa düşdüyüm odur ki, tərəflər bu razılaşmadan məmnundurlar. Əgər razılaşmaya bu gün əməl edilməsə, o zaman yaxın gələcəkdə əməl ediləcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Yerusəlim Post” qəzeti Hizbullahın İsraillə sərhədi tərk etdiyinə dair məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, bu, İranla İsrail arasında razılaşmanın nəticəsidir.

İddiaya görə, Tehran Suriyanın cənub ərazilərini tərk etməyə razılıq verib.

 

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri İranda əhaliyə vergi ödəməməyi və qış üçün yanacaq ehtiyat toplamağı məsləhət bildi

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İranda əhaliyə vergi ödəməməyi tövsiyə edib. Onun sözlərinə görə, …

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Bir cavab yazın