Cümə , Oktyabr 23 2026
azfa

Rusiya işğalçı Ermənistanın xeyrinə Qarabağda atəşkəsə nail oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, gücə təxminən 10 saat sürən danışıqlar nəticəsində Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada keçirilən danışıqların yekunları üzrə birgə sənəd qəbul ediblər.

Sənəddə bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın razılaşmalarına uyğun olaraq, tərəflər aşağıdakı addımlar barədə razılığa gəliblər:

“1. 10 oktyabr 2020-ci il tarixində saat 12:00-dan etibarən hərbi əsirlərin və digər saxlanılanların və ölənlərin cəsədlərinin mübadiləsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və meyarlarına uyğun olaraq humanitar məqsədlərlə atəşkəs elan edilir.

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə nizamlanmanın əsas prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədi ilə substantiv danışıqlara başlayırlar.

4. Tərəflər danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyirlər”.

Həmçinin yoxlayın

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Bir cavab yazın