Rusiyanın işğalında olan qədim türk yürdü Altayda indiyə qədər koronavirusa rast gəlinməyib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın işğalında olan qədim türk yürdü Altay Respublikası və Çukotka koronavirus infeksiyasının qeydə alınmadığı yeganə bölgələrdir.

Yerli sakinlər Rusiya mətbuatına COVID-19-a yoluxmağın qarşısını necə aldıqları barədə danışıblar. Bildirilib ki, bu ucqar bölgələrin insanları bütün təhlükəsizlik tədbirlərinə riayət edir, maska taxır, əllərini antiseptiklə silir və sosial məsafəni saxlayır. Təbii antiviral maddələrdən istifadə edirlər: soğan, sarımsaq, zəncəfil, “ivan çayı”. Yeri gəlmişkən, bu çayda limondan iki dəfə çox C vitamini var.

“Ola bilsin ki, burada koronavirusun yayılmamasında şamanların, bəlkə də təmiz havanın rolu var. Qətiyyən ruhdan düşmək olmaz, hər şeyə rəğmən, yüksək əhval-ruhiyyədə qalmağı bacarmaq lazımdır”, – deyə Selantiya Qorno (Altay sakini) çıxışında qeyd edib.

Yerli sakinlər bölgədə epidemiyanın yayılmamasına digər səbəblər kimi ərazinin böyük şəhərlərdən çox uzaq olmasını, Altaya yalnız təyyarə ilə gəlməyin mümkünlüyünü, hökumətin sərhədləri tez şəkildə bağlaması və turistlərin girişinin dayandırılmasını göstərirlər. Onlar koronavirusun təhlükəli olduğuna inanırlar.

“Qapalı nəqliyyat infrastrukturu var. Bölgəyə yalnız təyyarə ilə daxil ola bilərsiniz, bunlar görülən maksimum tədbirlərdir. Valideynlərimizi təcrid etdik, dostlarımız və qohumlarımızla təması məhdudlaşdırdıq, mümkün qədər evdə qalmağa çalışdıq, dükanlara gediş-gəliş minimum səviyyədədir”, – deyə Anadır sakini Aleksandr Kolontsov qeyd edib.

Ümumiyyətlə, Çukotka və Altay əhalisi ehtiyac olmadan evdən çıxmamağa, ictimai yerlərə getməməyə və müəyyən edilmiş təcrid rejiminə riayət etməyə çalışır.

Qeyd edək ki, aprelin 5-də Altay Moskva ilə uçuşları dayandırdı və bölgədə aprelin 30-dək özünütəcrid rejimi tətbiq olundu.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın