Çərşənbə axşamı , May 19 2026
azfa

Rusiyanın Tehrandakı səfiri: Son 6 ildə İran-Rusiya razılaşmalarının heç biri icra edilməyib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Rusiyanın İrandakı səfiri, erməni əsilli Levan Caqaryan ötən 6 il ərzində İran və Rusiya arasında imzalanan anlaşmalardan heç birinin indiyə qədər həyata keçirilmədiyini deyib.

Caqaryan bu barədə mayın 30-da verdiyi açıqlamasında məlumat verib. O bildirib ki, İranın yeni hökuməti dövründə birbaşa təmasların canlandırılması prosesi davam edəcək.

Xatırladaq ki, ötən həftə İbrahim Rəisi hökumətinin nazirlərindən ibarət nümayəndə heyəti Rusiyaya səfər etmiş və iki ölkə arasında Rusiya tərəfindən İran layihələrinin, özəlliklə Rəşt-Astara dəmir yolu xəttinin maliyyə təminatı kimi bir çox nailiyyət və anlaşmaların əldə ediliyini bildirmişdilər.

Lakin İranın Rusiyadakı səfiri mayın 30-da Rəşt-Astara dəmir yolunun tikintisinin Rusiya tərəfindən maliyyə təminatı ilə bağlı heç bir anlaşmanın əldə edilmədiyini söyləyib.

Həmçinin yoxlayın

İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını təhlil edib və mümkün zərbəyə hazırlaşır

GADTB: “The New York Times” ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranın hərbi komandanlığı Vaşinqtonun …

Təxminən 3 min yük maşını 20 gündən çoxdur Türkiyə sərhəddində çıxış növbəsində qalıb

GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid …