Çərşənbə axşamı , May 19 2026
azfa

Şərqi və Qərbi Azərbaycan təqaüdçülər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 31-də Qərbi və Şərqi Azərbaycanın bir sıra şəhərində təqaüdçülər etiraz aksiyası keçiriblər.

Narazılar məişət problemlərinin çoxalması. təqaüdlərinin azlığı və əmək haqlarının bərabərləşdirilməməsinə etirazlarını bildiriblər.

Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Əlborz və Tehran əyalətləri ilə yanaşı bir sıra digər vilayətlərdə də  pensiyaçılar etiraz aksiyası keçiriblər.

Tehranda keçirilən etiraz aksiyalarına polis müdaxilə edib və nəticədə etirazçılar döyülüb və bir neçə narazı həbs edilib. bir sıra şəhərlərdə etirazçılarla polis arasında toqquşma baş verib.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …