Cümə axşamı , Oktyabr 1 2026
azfa

Şərqi Azərbaycan vilayətinin təhsil müəssisələrinə dövlət lazımi büdcəni vermir

GADTB-nin mətbuat mərkəzinin “bonabnews” saytına istinadla yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin təhsil sahəsinə lazımi büdcə ayrılmır. Məlumata görə bu barədə Şərqi Azərbaycan Vilayətinin Millət Vəkilləri Birliyinin sədri Ziyaulla Əzazi Məliki açıqlama verib. Əzazi Məliki qeyd edib ki, vilayətin təhsil sahəsinə ayrılan büdcə çox cüzidir. O qeyd edib ki, Binabıb təhsil müəssisələri üçün lazım olan büdcənin yalnız 29 faizi verilməkdədir.

Şərqi Azərbaycan vilayətinin məktəblərinin yenidən tikintisi və təchizi üzrə baş müdir Məhəmmədrza Eydi isə qeyd edib ki, Şərqi Azərbaycan vilayətinin məktəblərinin 34 faizi, Binab məktəblərinin isə 24 faizi yenidən təmir və bərpa edilməlidir. Binabda təhsil məsələləri ilə bağlı çıxış edən Eydi qeyd edib ki, Binabın məktəblərinin təmiri üçün 2 milyard 800 milyon rial ayrılıb. Bu isə yalnız iki məktəbin təmirinə çatar.

Qeyd edək ki, İran dövlətinin ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycan vilayətlərində digər sahələrdə olduğu kimi təhsil sahəsi də geri saxlanılmaqdadır.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …