Cümə axşamı , İyun 25 2026
azfa

Şərqi Azərbaycanın İran adlanan ərazidə faydalı qazıntı ehtiyatlarına görə birinci yerdə olduğuna etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının Mədən və Mədən Sənayesi üzrə rəis müavini Mehrəngiz Rəhmani əyalətin faydalı qazıntı ehtiyatlarına görə ölkədə birinci yerdə olduğunu tiraf edib

Rəhmani jurnalistlərə açıqlamasında Şərqi Azərbaycanda zəngin mineral ehtiyatlar toplusunu yaradan əlverişli geoloji amillərin mövcudluğunu, bölgədəki faydalı qazıntı ehtiyatlarına iki istismar və kəşfiyyat sahəsində 52 faydalı qazıntı növünün daxil olduğunu söyləyib.

O bildirib ki, əyalətin mədənlərində bəzi mədənlər istisna olmaqla ümumilikdə təsdiq edilmiş ehtiyatlar üç milyard tondan çoxdur. Eyni zamanda əyalətdə mis, qızıl, molibden və dəmir kimi əhəmiyyətli metal ehtiyatları da mövcuddur.

Mehrəngiz Rəhmani həmçinin deyib: “Bu ilin yanvar ayının sonuna kimi əyalət mədənləri ilə bağlı 197 kəşfiyyat, 88 kəşfiyyat şəhadətnaməsi, 543 istismar və 140 hasilat lisenziyasının verildiyi bəlli olub və bu sahədə Şərqi Azərbaycan İran üzrə birinci yeri tutur”.

Sənaye, Mədən və Ticarət Təşkilatının Mədən və Mədən Sənayesi üzrə rəis müavini mədənlərdən əldə edilən konsentratların xammal kimi başqa bölgələrə öndərilməsinin əyalətin ziyanına olduğunu və yerlərdə emal müəssisələrinin qurulması üüçn sərmayə cəlbinə ehtiyac duyulduğunu vurğulayıb.

Qeyd edək ki, Güney Azərbaycanın belə zəngin sərvətlərini irqçi fars rejim müstəmləkəçi kimi talayıb, Azərbaycan türk millətinə isə ekoloji fəlakət arxada buraxır.

Həmçinin yoxlayın

Çikaqo meri avqust ayını “Türk Mədəni İrsi Ayı” elan edib

GADTB: Çikaqo şəhərinin meri Brandon Conson Türkiyə-Amerika icmasının şəhərin mədəni, ictimai və iqtisadi həyatına verdiyi …

NATO: İran nüvə silahına sahib olmamalıdır”

GADTB: NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra İranın nüvə silahı …