150-dən çox deputat internetin məhdudlaşdırılmasının ümumi iclasda müzakirəyə çıxarılmasını tələb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əhalinin etirazlarından sonra İran məclisinin 150-dən çox deputatı parlamentin idarə heyətinə məktub göndərib.

Onlar əslində internetin kəsilməsi hesab edilən “virtual aləmdə istifadəçilərin hüquqlarının qorunması” adlı qanun layihəsinin müzakirəsinin yenidən məclisin ümumi iclasına qaytarılmasını istəyiblər.

Ölkədə internetin və sosial şəbəkələrə girişin məhdudlaşdırılmasına qarşı çıxan deputatlardan biri, Ərdəbildən seçilmiş Südeyf Bədri “Twitter” hesabında yazdığı paylaşımda layihənin Müştərək Komissiya tərəfindən təsdiqləməsinin ləğv edilməsinə çağıran məktubu imzalayan deputatların sayı 150-ni keçib.

Qanuna qarşı çıxan Urmiyadan seçilmiş millət vəkili Ruhullah Həzrətpur isə bu qanun layihəsinin interneti məhdudlaşdırmaqla bağlı qəbul edilən digər qanunlar kimi elə indidən uğursuzluğa düçar olduğunu deyib.

Yaxın vaxtlarda məktubu imzalayan millət vəkillərinin adları olduğu siyahının yayılacağı bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” adı altında fəaliyyət göstərən İran parlamentinin Müştərək Komissiyası sözügedən qanun layihəsini müzakirəyə çıxarmışdı. Diqqət çəkən məqam ondan ibarətdir ki, bir neçə dəqiqə müzakirədən sonra keçirilmiş səsvermədə 18 lehinə, 1 əleyhinə səslə onu qəbul etmişdi. Bu qanun İranda interneti maksimum dərəcədə məhdudlaşdırmağı və hərbçilərin ona nəzarətini artırmağı nəzərdə tutur.

Qanun layihəsi həm bir qrup siyasətçi, həm də əksər İran vətəndaşlarının böyük narazılığına səbəb olub.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …