Bazar , Oktyabr 4 2026
azfa

Salmasda tanınmış sənətçi və azərbaycanlı fəal Abbas Nikrəvan yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas şəhərindən olan tanınmış musiqiçi və azərbaycanlı fəal Abbas Nikrəvan sentyabrın 5-i, bazar günü İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Azərbaycanlı sənətçinin nədə ittiham olunduğu və harada saxlanıldığı barədə xəbər verilmir.

Abbas Nikrəvan bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs olunub.

O, 2018-ci il iyulun 5-də Babək Qalası Qurultayında rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb, bir həftə dindirildikdən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Bununla yanaşı Nikrəvanın xərçəng xəstəliyindən əziyyət çəkən və kimsəsiz uşaqlara yardım üçün 2015-ci il 4-6 fevralda Qoşaçayda keçirilməsi nəzərdə tutulan xeyriyyə konserti rejimin məmurlarının basqıları nəticəsində ləğv edilmişdi.

Həmçinin yoxlayın

İranda 70 min tibb bacısı evdə oturub; istefa dalğası davam edir

GADTB: Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi-Müqəddəm İranda təxminən 70 min tibb bacısının işsiz …

“Koroğlu” tamaşası Tehranda türkcə səhnəyə qoyulacaq

GADTB: Təbrizdə rekord tamaşaçı toplayan “Koroğlu” tamaşası bu dəfə Tehranda türkcə səhnəyə qoyulacaq. Türkcə hazırlanan …