Bazar , Oktyabr 4 2026
azfa

Sulduzda azərbaycanlı fəal Höccət İsmətzadə yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 4-də Güney Azərbaycanın Sulduz şəhərində yaşayan azərbaycanlı fəal Höccət İsmətzadə İranın təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.

Fəalın nə səbəbdən yaxalandığına və hara aparıldığına dair heç bir məlumat verilmir.

Höccət İsmətzadənin Sulduzun Saxsıtəpə kəndində mühacir kürdlərin yerli türk əhali ilə qarşıdurması ilə bağlı həbs olunduğu ehtimal edilir.

Qeyd edək ki, sentyabrın 3-də Güney Azərbaycanın Sulduz bölgəsinin Saxsıtəpə kəndində mühacir kürdlər yerli Azərbaycan türklərinin evlərinə basqın ediblər.

Onlar uşaqlar, qadınlar və yaşlıları döyüb və təhqir etmişlər. Onlarla əhali kəndi tərk edərək Sulduza qaçmağa məcbur olub.

Həmçinin yoxlayın

İranda 70 min tibb bacısı evdə oturub; istefa dalğası davam edir

GADTB: Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi-Müqəddəm İranda təxminən 70 min tibb bacısının işsiz …

“Koroğlu” tamaşası Tehranda türkcə səhnəyə qoyulacaq

GADTB: Təbrizdə rekord tamaşaçı toplayan “Koroğlu” tamaşası bu dəfə Tehranda türkcə səhnəyə qoyulacaq. Türkcə hazırlanan …