Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun sayın Ersin Tatarı qarşılama mərasimində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı sayın Ərsin Tatar Avstraliyanın Sidney şəhərinə səfər edib.

Sayın Ərsin Tatarı Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun, eləcə də GADTB-nin Gənclər Komitəsindən sayın Cesika xanım da qarşılama mərasimində iştirak ediblər.

Hava limanında qarşılama mərasiminə Türkiyənin Avstraliyada Böyük Elçiliyindən sayın Ufuk Gəzər, Türkiyənin Sidneydə baş konsulu, eləcə də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Avstraliya Azərbaycan Assosiasiyası qatılıb.

Görüşlər 3 günlük proqram üzrə davam edəcək.

Mərasimdən video və şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …