GADTB: 18 oktyabr 2024-cü il tarixində Norveç krallığının Oslo şəhərində Litteraturhuset mərkəzində Azərbaycan Respublikası “Gənc Politoloqlar Mərkəzi” və Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının birgə təşkilatçılığı ilə “COP29: Our Green Legacy For the Future” layihəsi həyata keçirildi.
Açılış nitqi ilə çıxış edən “CAN” təşkilatının sədri Şervin Nəcəfpur tədbirdə iştrak edən 11 Səfir və diplomatik nümayəndələri və diğər qonaqları salamlayaraq iştirak etdikləri üçün onlara öz minnətdarlığını bildirdi.
Daha sonra, “Gənc Politoloqlar Mərkəzi”nin sədri İlkin Əliyev qonaqları salamlayaraq layihənin ərsəyə gəlməsində göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Gənclər Fonduna öz təşəkürünü bildirdi. İ.Əliyev tədbirin məhz bu tarixdə keçirilməsinin təsadüf olmadığını, 18 oktyabr tarixinin Azərbaycan Respublikasının Mütəqillliyinin bərpası günü olduğunu diqqətə çatdırdı.
Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilat rəhbəri sayın Ata bəy Nəcəfpur da qatılıblar.
Bu günü qeyd etmək üçün, bədii hissə unudulmaz akustik musiqi təəsüratı ilə Norveçin Trondheim şəhərində doğulan Azərbaycan əsilli musiqiçi Maria Sahba və gitarist Aleksander Sjölie ilə açıldı.
Bədii hissədən sonra çıxış üçün Norveçin Ekologiya və Ətraf Mühit Nazirliyinin Siyasi Müşaviri Kristoffer André Hansen çıxış edərək iki həftə öncə Pre-COP29 tədbiri ilə bağlı bakı səfəri ilə bağlı təsüratlarını bölüşərək COP29 Bakıda yüksək səvviyədə hazırlıq işlərinin görülməsi haqqında qonaqlara məlumat verdi. Nazirliyin sözçüsü həmçinin səfər zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevlə görüşündən bəhs etdi.
Cənubi Afrika Respublikasından Tembekile Mandela Fondunun yaradıcısı və baş direktoru Ndileka Mandela (Nelson Mandelanın nəvəsi) təbdirə videomüraciət edərək ekologiyanın qorunmasının gələcək nəsillərə ötürülməsi və birgə fəaliyyət haqqında zəruri addımların atılmasının mütləq olduğunu qonaqların nəzərinə çatdırdı.
Tədbirin sponsoru olan Norveçin “Pure Nordic-Norwegian water” şirkəti tərəfindən qonaqlara premium məhsullar təqdim edilərək, suyun bəşəriyyət üçün vacibliyini bir daha vurğulayan videoçarx təqdim edildi.
Dünyanın ikinci duz gölü olaraq tanınan, Urmu gölünün ekosistem üçün önəmini vurğulayan “Avstraliya-Azərbaycan” assosiasiyasının Prezidenti Mikayil Oyta və Yaponiyada yaşayan alim Xəlil Kələntər gölün qurumasının ətraf ölkələrə mənfi təsirindən, eləcə də bu prosesin qarşısının alınması üçün atılması zəruzi olan addımları təqdimat vasitəsi ilə qonaqların diqqətinə çatdırdılar.
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı jurnalist Nigar İbrahimova tədbirdə çıxış edərək medianın ekologiyanın qorunmasında rolu və bu haqda öz təcrübələrini və fikirlərini qonaqlarla böğlüşərək, dünya mediasında COP-29 a qarşı atılan qarayaxma kampaniyası və Norveç krallığının Baş nazirinin sözügedən tədbirdə iştirak etməkdən imtina etməsi barədə məlumat verdi.
Norveçin sosialist solçular partiyasının üzvü Mahmod Ahmad tədbirdə çıxış edərək İnsan haqqları barədə məlumat verdi və ekoloji fəaliyyət zamanı siyasi fəaliyyətin mövzuya alət edilməməsinin vacibliyini bir daha xatırlatdı.
Tədbirin yekununda Şervin Nəcəfpur qonaqlara öz minnətdarlığını bildirərək növbəti ay ölkəmizdə keçiriləcək COP-29 tədbirinə uğurlar arzulayaraq tədbiri yekunlaşdırdı.
Qeyd edək ki, sayın Mikayil bəy Oyta norveçli bir qatılımcının Azərbaycana qarşı haqsız tənqidlərinə kəskin cavab verərək, onu yerində oturtmuşdur. Sayın Mikayil bəyin bu yerində cavabı Norveçdə yayınlanan televiziyada da əks etdirilmişdir.