Çərşənbə , Oktyabr 28 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsunun türkiyəli qonaqlarla görüşü-Şəkil

GADTB: 10 iyul tarixində Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının rəhbərliyi ilə Türkiyədən gedən qonaqlar — AK Partiya Başqan müavini, Xarici Əlaqələr üzrə məsul şəxs, İstanbul Millət vəkili hörmətli cənab Zafer Sırakaya və UID Başqanı cənab Kenan Aslanın iştirakı ilə görüş keçirildi.

Görüş Avstraliya Azərbaycan Assosiasiyası prezidenti və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsunun rəsmi dəvəti əsasında təşkil olunub.

Görüş zamanı dəyərli qonaqlara “Xoş gəlmisiniz” deyərək onları salamlayıblar. Söhbətlər zamanı Avstraliyada yaşayan azərbaycanlıların vəziyyəti, “Bir millət, iki dövlət” anlayışı çərçivəsində Azərbaycan-Türkiyə qardaşlığı, eləcə də İran adlanan ölkədə Cənubi Azərbaycanda yaşayan 40 milyondan çox türk xalqının qarşılaşdığı çətinliklər barədə fikir mübadiləsi aparıldı.

Xüsusilə qeyd olundu ki, ana dili, milli kimlik və insan haqları uğrunda mübarizə aparan soydaşlarımızın vəziyyəti diqqətdən kənarda qalmamalıdır. Güney Azərbaycanda milli hüquqları uğrunda mübarizə aparan insanların ağır şəraitlərdə, həbsxanalarda və təzyiqlər altında yaşadığı vurğulandı.

Görüş qarşılıqlı hörmət, səmimi söhbət və gələcək əməkdaşlıq arzuları ilə başa çatdı.

Həmçinin yoxlayın

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Mehrdad Qadirinin Təbriz Mərkəzi Həbsxanasının 15-ci bölməsinə köçürülməsi

GADTB: Azərbaycanlı fəal Mehrdad Qadiri oktyabrın 29-da, çərşənbə günü səhər tezdən Təbrizdəki iş yerinə molla …