GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta bu gün müzəffər Azərbaycan ordusunun Azərbaycanın Ermənistanın işğalında olan Zəngilan şəhəri və 20-dən artıq Azərbaycan kəndini azad etməsi münasibəti Azərbaycan türk millətini təbrik edib.
Sayın Mikayıl bəyin təbrik mesajını təqdim edirik:
ZƏNGİLANIN AZADLIĞI MÜBARƏK OLSUN
Bu gun 55 milyonluq Azərbaycan millətimizin ən qürurverici günüdür! Qəhrəman ordumuzun daha bir zəfəri – Zəngilanın azad olunması münasibətilə Ali Baş Kamandan, Prezidentimiz cənab İlham Əliyev başda olmaqla millətimizi və bütün Azərbaycansevənləri və millətimizin mənafeyini müdafiə edənləri ürəkdən təbrik edirəm. Qoy işğal olunmuş topraqlarımızın ən son qarışı da cinayətkar, terrorist, xain Ermənistan silahli qüvvələrindən təmizlənsin və bu uşaq qatilləri məhv edilsin.
Bu qələbə bir daha açıq mesaj olsun ki, Azərbaycan topraqlarına və onun şərəfli, qeyrətli, böyuk mədəniyyətə sahib olan millətinə əyri baxan hər kəs qəhrəman Azərbaycan ordusunun əli ilə məhv olacaq. Böyuk Azərbaycan milləti tarixi yaradan ve yazan millətdir. Dostlarımıza salam, duşmənlərimizə qəhr olun deyirik. Var olsun uca dövlətimiz, qəhrəman ordumuz, şanlı bayrağımız!
55 Milyonluq Azərbaycan Millətinə eşq olsun
Dərin hörmətlə
Mikayil Oyta
Güney Azərbaycan Demokratik Türk Birliyi ( GADTB )
Uluslararasi İlişgilər Departamentin Sədri