Bazar , Noyabr 29 2026
azfa

SEPAH rəsmisi İran adlanan ölkənin raket proqramı ilə bağlı dünya ictimaiyyətini aldadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, SEPAH rəsmisi İran adlanan ölkənin rakep proqramı ilə bağlı dünya ictimaiyyətini aldadır. Bu məqsədlə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Əli Cəfəri deyib ki, İran artıq 2000 km-i vuran raketlərə malikdir. Düşmənləri isə vurmağa bu kifayət edir. Ona görə də İranın raket bazasını artırmağa ehtiyacı yoxdur.

Cəfəri həmçinin deyib: “Raket bazamızı artırmaq üçün elmi qabiliyyətimiz var, ancaq düşmənlərin strateji hədəflərinin çoxu 2000 km məsafədə olduğundan hələlik bu barədə düşünmürük. Bu məsafə İran İslam Respublikasını qorumaq üçün kifayət edir”.

Ekspertlər bu bəyanatın İran adlanan ölkənin dünya ictimaiyyəti aldatmaq məqsədi güddüyünü düşünür.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Bir cavab yazın