GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqust ayının 30-da Türkiyənin 30 Avqust – Zəfər bayramı münasibətilə Avstraliyanın Sidney şəhərində təntənəli mərasim təşkil olunub. Mərasimə GADTB Beynəlxalq Departamentinin sədri və Avstraliya Azərbaycan Assosasiyasının prezidenti sayın Mikayıl Oyta və GADTB Maliyyə, eləcə də Qadın məsələləri Departamentinin sədri sayın Sima xanım qatılıblar.
Keçirilən mərasimdə sayın Mikayıl bəy Oyta çıxış etmişdir. Sayın Mikayıl bəyin çıxışını təqdim edirik:
Mən Mikayil Oyta, Avstraliya Azərbaycan Assosasiyası Birliyi ve Güney Azərbaycan Demokratik Türk Birliyinin temsilçisi olaraq, birinci hamınızı salamlayıram. Xoş gəlmisiniz. Özəlliklə sayın baş konsülümüz Melih Kararal və RSL klubunun türk şöbəsi və Türk Dayanışma Mərkəzi, eləcə də digər hörmətli qonaqlarımıza Təşəkkür edirəm.
30 Avqust 1922-ci il- 97 il bundan əvvəl Qazi Mustafa Kəmal Atatürkün baş komutanlığında meydan savaşında dünyanın güclü dövlətləri bizim türk torpaqlarımıza Türkiyəyə hücum edənlər və Türkiyəni məhv etmək parça-parça etmək, böyük Türk Milətini dizə çökürmək istəyi ilə Türkiyə ilə neçə cəbhədən savaşa girdiler. Amma o gün türk torpaqlarını müdafiə edən şərəfli, qeyrətli böyük Türk Milləti canını, əzizlərini fəda etdilər və çətinliklərə dözən bu qəhrəman millət Qazi Mustafa Kəmal Atatürkün liderliyi ilə savaşdı, onlar 750 min şəhid verməklə zəfərə nail oldular.
Bu Zəfər bütün 300 milyonluq türk millətlərinin (55 milyon Azərbaycan türk milləti, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Quzey Kibrıs, Doğu Türküstan və digər türk millətləri) və Türk dövlətlərinin Zəfəridir. Bu gün münasibətilə hamınızı kutlayıram.
Amma bu gün təəssüflə yenidən Türk milləti və torpaqlarına qarşı bəzi pis və çirkin siyasətleri müşahidə edirik. Amma bu dəfə daha torpaqlarımızı almağa cəsarət edə bilmirlər. Torpaq almaq üçün PKK Anadoluda və bəzi erməni teroristləri Qarabağda, fars şovinistiləri, eləcə də bəziləri kürt adı ilə Güney Azərbaycanda Türk torpaqlarına göz tikipler.
Bunlar 30 Avqust 1922 il zəfərindən dərs almalıdırlar. Türk milləti oz torpaqlarını, varlığını necə müdafiə etməlidi çox iyi bilir. Türk milləti barış, sülh sevən bir millətdir heç bir millət ilə heç problemi yoxdur. Bütün millətlərə sayği duyuruq. Ən gözəl iqtisadi siyasi kültürəl əlaqəyə inanırıq. Amma torpağımıza, varlığımıza göz tikənin Anadoluda və ya Azərbaycanın quzeyi və güneyində gücümüzü iyicə göstərərik və Qarabağımızı işğalçı və cinayətkar Ermənistanın işğalından Azad edəcəyik və PKK terrorist qurupuna qarşı biz Azərbaycan türkü olaraq, bütün varlığımızla Türkiyənin millət və dövlətinin yanındayıq.
Var olsun Böyük Türk ve Azərbaycan ordusu .
Zəfər bayramını Türk dünyasına ürəkdən təbrik deyib qutluyuram
Sağ olun var olun.
Çıxış: