Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Somali quldurları tərəfindən girov götürülən İran neft tankeri «Eritreyada qeydiyyata alınmayıb»

GADTB: Eritreyanın informasiya naziri cümə günü bildirib ki, ötən həftə Yəmən sahillərindən Somali istiqamətinə aparılan və ABŞ-ın sanksiyaları altında olan neft tankeri üzərində bu ölkənin bayrağı olsa da, Eritreyada qeydiyyatdan keçməyib.

Yemane Qebremeskel «Reuters»ə bildirib ki, ötən ilin dekabrında ABŞ Maliyyə Nazirliyi tərəfindən İranın «kölgə donanması» ilə əlaqəli olduğu şübhəsi ilə sanksiyaya məruz qalan «Sibu 1» neft tankerinin Eritreya ilə heç bir əlaqəsi yoxdur.

Gəmi dəniz nəqliyyatının izlənməsi üzrə internet saytlarında Eritreya bayrağı altında göstərilir. Lakin Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dənizçilik Təşkilatının məlumat bazasında onun hazırkı bayraq statusu «saxta Eritreya» kimi qeyd olunur. Bu isə gəminin qeydiyyatının tanınmadığını göstərir.

Gəmi izləmə məlumatlarına əsasən, sözügedən neft tankeri sonuncu dəfə şəhrivərin 2-də Somalinin şimal-şərq sahillərindən təxminən 6 kilometr aralıda müşahidə edilib.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …