Bazar ertəsi , May 11 2026
azfa

Son etirazlarda rejimin öldürdüyü azərbaycanlılardan 3-ünün kimliyi bilindi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qüvvələrinin son günlərdə keçirilən kütləvi etirazlarda öldürdüyü şəxslərin 3-nün kimliyi müəyyənləşib.

Güney Azərbaycanın Zəncan şəhərinin sakini olan Əmir Hüseyn Abbasi noyabrın 16-da yaşadığı şəhərdə keçirilən etiraz aksiyasında öldürülüb. O evlidir və üç uşağı var.

Digər azərbaycanlı şəhidin adı isə Mir Salman oğlu Seyid Əli Fətuhi Kuhsaredir və Ərdəbil sakini olub. O yaşadığı şəhərdə keçirilən aksiyada qətlə yetirilib. Onun da evli olduğu bildirilir.

Əli Hüseyni isə Təbriz şəhərində yaşayıb. O Təbrizin Bağmeşə məhəlləsində keçirilən aksiyada irqçi fars rejimin qüvvələri tərəfindən qətlə yetirilib.

Güney Azərbaycan digər bölgələri, o cümlədən Tehran, Kərəc, Qəzvin, Savə və digər şəhərlərində keçirilən aksiyalarda çox sayda azərbaycanlı öldürülüb. Hələlik onların kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı tələbə İrfan Şəkurzadəni “casusluq” ittihamı ilə edam edib

GADTB: Təbrizdən olan İrfan Şəkurzadə adlı azərbaycanlı gənc və istedadlı tələbə bazar ertəsi səhər edam …

“Axios”un hesabatı: İran məsələsinə görə ABŞ və Çin arasında sanksiya qarşıdurması Tramp–Şi görüşü öncəsi dərinləşir

GADTB: Axios nəşrinin yaydığı məlumata görə, Donald Tramp və Şi Cinping arasında planlaşdırılan görüş ərəfəsində …

Bir cavab yazın