Bazar ertəsi , Noyabr 23 2026
azfa

Şovinist farslar çəkdiyi serialda türkləri təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və şovinist farslar çəkdiyi “imarət xanımı” serialında Güney Azərbaycanda yaşayan və Azərbaycan türkü hesab edilən qədim xələc türklərini tərbiyəsizcəsinə təhqir etdilər.

Məcid Molayinin hazırladığı və Əzizulla Həmidnəjadın rejisorluğu ilə çəkilən “imarət xanımı” serialında xələc türkləri uzunqulaqla eyniləşdirilir.

İşğalçı və irqçi fars rejim film və seriallarda, dərsliklərdə, nəşriyyat və mətbuatda, radio-televiziyada və s. türkləri belə sistematik şəkildə təhqir etməklə onların assimilyasiya edilməsini daha da sürətləndirməyi qarşıya məqsəd qoyublar.

İrqçi farsların bu irqçi və qeyri-insani hərəkəti yüz ildir davam edir və onlar özlərindən qat-qat mədəni və mütərəqqi olan türklərə olmazın böhtanını atır və onları təhqir edirlər.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …

Bir cavab yazın