Sudanlı məşhur şairdən türk qəhrəman əsgərinə şeir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sudanın məşhur şairi Xəlifə Əhməd Harun Afrini terrorçulardan təmizləyən Türkiyə ordusu üçün şeir yazıb.

Axar.az xəbər verir ki, şair “Zeytun budağı” adlı şeirində türk əsgərinin cəsur və sülhpərvər olduğunu dilə gətirib.

Xəlifə Əhməd Harun sözügedən şeiri yazmasına ən böyük səbəb kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etidirdiyi qətiyyətli və cəsur mövqeyi göstərib. Şair 46 beytlik şeiri 3 həftə ərzində yazdığını bildirib.

“Sudanlılar hər zaman Türkiyənin yanında oldu. Hər kəsin bildiyi kimi, sudanlı yetimlər günlərlə türk əsgərinin uğuru üçün dua etdi. Türkiyəni çox sevən biri kimi mən də dəstək vermək istədim. Bir şairin ən gözəl edəcəyi iş, şübhəsiz ki, şeir yazmaqdır”, – şair deyib.

Qeyd edək ki, Xəlifə Əhməd Harun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunmuş “Özgürlük aşiqi Ərdoğan” şeirinin də müəllifidir.

Həmçinin yoxlayın

Ynet: İsrail ABŞ-ın genişmiqyaslı hücumuna hazır idi, lakin Tehran vaxt qazandı

GADTB: Ynet nəşrinin yaydığı məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyini açıqladığı …

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …

Bir cavab yazın