Şənbə , Fevral 15 2025
azfa

Sulduzda həbs olunan azərbaycanlı fəallardan yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Sulduzda Azərbaycan şəhidlərinin məzarını ziyarət edən azərbaycanlı fəallardan Ulduz Qasimi 3 gündür aclıq aksiyasındadır. Onun və yaxalanan digər fəalların ailələri onların vəziyyətinin qeyri-müəyyən olmasından nigarandırlar.

Həbs edilən digər azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlının da vəziyyətindən heç bir məlumat verilmir və bu məsələ onun ailəsi ilə milli fəalların nigaranlığına səbəb olub.

Qeyd edək ki, Sulduzda tutulan 13 nəfər azərbaycanlı milli-mədəni fəallardan bəzisi müvəqqəti olaraq, mülki vəsiqə qarşılığında zaminə buraxılıb. Lakin Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı, Murad Əmmari və Əmir Səttari hələ də həbsdə saxlanılır. Onların zaminə buraxılması üçün mülki vəsiqə təyin edilsə də sərbəst buraxılmayıblar. Ulduz qasimi Urmiya zindanına, qalan fəallar isə Sulduz zindanına salınıblar.

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …

Bir cavab yazın