Cümə axşamı , Oktyabr 8 2026
azfa

Sulduzda yaxalanan azərbaycanlı fəalların durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sulduzda Güney Azərbaycanın 22 May- Milli Qiyamın 12-ci ildönümü münasibəti ilə Sulduz şəhindlərində yerləş Azərbaycan şəhidlərinin məzarı ətrafında may ayının 25-də keçirilən mərasimdə tutulan fəalların bəzisi hələ də həbsdədir.

İrqçi fars rejimi həbs etdiyi 10 nəfərdən çox azərbaycanlı fəalı yalan iddia ilə asayişi pozmaqda ittiham edib. Ümumi asayişi pozmaqda ittiham olunan Əmir Səttari, Ulduz Qasimi, Murad Əmmari və Cavad Əhmədi mayın 26-da Sulduz məhkəməsinin hakimi Əli Şahinin çıxardığı qərara əsasən 100 milyon tümənlik mülki vəsiqə girov qoymaqla zaminə çıxmaları barədə qərar verilib. Hələlik mülki vəsiqə təqdim etmədikləri üçün Əmir Səttari, Murad Əmmari və Cavad Əhmədi Yekanlının Sulduz həbsxanasına, Ulduz Qasiminin isə Urmiyə zindanına salındığı bildirilir.

Həmçinin yoxlayın

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

GADTB: Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən …

İranda minlərlə tibb bacısı işdən imtina edib

GADTB: Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə …

Bir cavab yazın