Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Sürgün müddəti bitmiş azərbaycanlı milli fəal Siyamək Mirzai Azərbaycana qayıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin sürgünə göndərdiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzai bir illik sürgün müddətini keçirdikdən sonra Azərbaycana qayıdır.

Cənubi Xorasan vilayətinin Qain şəhərində sürgündə olan fəal ailəsi ilə əlaqə saxlayaraq iyulun 13-də sürgün müddətinin sona çatdığını bildirib.

Qeyd edək ki, Siyamək Mirzai rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 3 il həbs müddətini çəkdikdən və Qain şəhərinə sürgün göndəriləndən sonra yenidən fəalı şərləyək, onu həbsdə olarkən sistem əleyhinə təbliğat aparmaqda ittiham etmişdir. Həmin ittihama görə isə fəal rejimin məhkəməsi tərəfindən 1 il 10 gün həbsə məhkum eedilmişdir.  Həmçinin fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulmuşdur.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın