Suriyada PKK terror təşkilatına qarşı xalq şəhərə giriş-çıxışı bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın Menbiç şəhərində insanlar PKK terror təşkilatına qarşı küçələrə çıxıb.

Buna səbəb PKK-nın 250 gənci zorla terror təşkilatı sıralarına qatmaq cəhdi olub.

Əhali şəhərə giriş-çıxışı bağlayıb, yollarda barrikadalar qurulub. Eləcə də PKK-nın onlarla qərargahı və nəzarət postları dağıdılıb. Əhali PKK-nın bölgəni tərk etməsini tələb edib.

Menbiçdə PKK-ya qarşı başlanan üsyana rəhbərlik edən Kahtan Şarki deyib ki, regionda bütün böyük ailələr terror təşkilatına qarşı ittifaq içindədir. O, yeganə şərtlərinin PKK-nın 2016-cı ildən yerləşdiyi bu bölgəni tərk etmək olduğunu elan edib.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …