Şənbə , İyul 19 2025
azfa

Şuşanın azad edilməsi İran rejimini qorxuya saldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xəbərinin yayılmasından sonra Güney Azərbaycanda əhalinin sevincini görən İran rejimi qorxuya düşərək Güney Azərbaycan şəhərlərini hərbi paliqona çevirib.

Ermənipərəst İran rejimi Təbriz, Urmiya, Ərdəbil və başqa Azərbaycan şəhərlərinə xüsusi təyinatlı polis, üsyanları yatırmaq üçün motorlu polislər və texnika yeridib. Urmiyənin “İmam” prospekti, Təbrizin “Şəriəti” və “Abrəsan” meydanlarında gediş-gəliş ciddi şəkildə məhdudlaşdırılıb.

Antiazərbaycan İran rejiminin maneə yaratmasına baxmayaraq azərbaycanlılar şirniyyat paylamaq, Azərbaycan bayrağı ilə yürüş keçirmək və atəşfişanlıq etməklə Şuşanın azad edilməsini bayram ediblər.

Bununla bağlı video və şəkilləri təqdim edirik:

https://t.me/GADTB1/4270

Həmçinin yoxlayın

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək

GADTB: Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə …

Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf

GADTB: Azərbaycanlı professor, doktor Puya Əlaəddini Güney Azərbaycana qarşı sistematik ayrı-seçkiliyə etiraf edib. O deyib …

Bir cavab yazın