Şənbə , Avqust 15 2026
azfa

Təbrizdə 5 nəfər azərbaycanlı fəalın sonuncu məhkəmə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin sentyabrın 11-də 5 azərbaycanlı milli-mədəni fəalın sonuncu məhkəmə iclasını keçirib.

Fəalların məhkəməsi rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsində baş tutub.

Azərbaycanlı fəallar Nadir Sadiqian, Yusif Sələhşur, Məhəmməd Mərdi, Vəhid Əbhəri və Əmir Səttari 11 sentyabrda son müdafiələrini etmək üçün məhkəməyə aparılıblar.

Rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi, milli-mədəni fəallar Nadir Sadiqian, Vəhid Əbhəri, və Əmir Səttarini “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa dəvət etmək”, Yusif Sələhşuru “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa dəvət etmək” və “İctimai asayişi pozmaq” və Məhəmməd Mərdini “İctimai asayişi pozmaq”da ittiham edərək son müdafiələrini etməyi istəyib.

Nadir Sadiqian və Yusif Sələhşur 25 iyul, Məhəmməd Mərdi 26 iyul, Vəhid Əbhəri və Əmir Səttari isə 22 iyulda rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq 11 avqusta kimi “ETTELAAT”-ın təcridxanasında sorğu-suala tutulduqdan sonar rejimin Təbrizdəki zindanına köçürülmüşdülər.

Azərbaycanlı fəallar 14 və 15 avqustda girov qarşılığında zaminəaxılmışdılar.

Qeyd edək ki, iyulun 24-də Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə əl-Əhvaz etirazçılarına dəstək məqsədilə etiraz mitinqi keçirildi və həmin mitinqlə bağlı çox sayda azərbaycanlı fəal yaxalanmışdı.

Həmçinin yoxlayın

Tramp: İran rejiminin məğlubiyyətindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm

GADTB: ABŞ Prezidenti Donald Tramp avqustun 14-də Lonq-Aylendin Qarden-Siti şəhərində çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına …

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə …