Cümə , Dekabr 27 2024
azfa

Təbrizdə 5 nəfər keçmiş siyasi məhbus yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Təbriz şəhərində 5 nəfər keçən onlikklərin siyasi məhbusları rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Həmin şəxslər Rzaqulu Şirməhəmmədi, Məhəmməd Zəbihi, Məcid Mutab Purrzayi və Həsən Tarverdiyan, eləcə də Rzaqulu Şirməhəmmədinin oğlu Yasir Şirməhəmmədidın ibarətdir və fevralın 8-də irqçi fars rejimin ETTELAAT İdarəsi məmurları tərəfindən Təbrizdə öz evlərində yaxalanıblar.

Keçmiş siyasi məhbuslar yaxalanarkən onların evlərində və iş yerlərində axtarış aparılıb, onlara məxsus bəzi şəxsi əşyalar rejimin təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.

Qeyd edək ki, keçmişdə Rzaqulu Şirməhəmmədi 4 il, Məcid Zəbihi 5 il, Məcid Mutab Purrzayi 7 il və Həsən Tarverdiyan 5 il müddətinə həbs edilmişdir.

Rzaqulu Şirməhəmmədinin oğlu Yasir Şirməhəmmədi də atası ilə birlikdə yaxalanıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın