Çərşənbə , İyun 24 2026
azfa

Təbrizdə Apellyasiya Məhkəməsi 13 azərbaycanlı fəal barəsində çıxarılan hökmləri qüvvədə saxlayıb

GADTB: Təbriz Apellyasiya Məhkəməsi 13 milli-mədəni Azərbaycan fəalı barəsində çıxarılan hökmləri dəyişiklik etmədən təsdiqləyib.

Sözügedən fəallar 2023-cü ildə Təbriz Kəşfiyyat İdarəsi tərəfindən saxlanılmış və üç aydan artıq müddətdə bu təhlükəsizlik qurumunun təcridxanalarında təkadamlıq kameralarda saxlanılmışdılar.

Fəallar “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbir olmaq” və “Demokratlar qrupu”na üzvlük ittihamları ilə Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində mühakimə olunmuşdular. Təsdiqlənmiş hökmə əsasən, 13 nəfər haqqında ümumilikdə 85 il 9 ay həbs cəzası çıxarılıb.

İttiham olunan şəxslərin hər biri “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbir olmaq” maddəsi ilə 3 il 7 ay həbs cəzasına məhkum edilib.

Bundan əlavə, Yuruş Mehrəlibəyli “Demokratlar qrupu”nu yaratmaq ittihamı ilə 6 il 2 ay həbs cəzası alıb. Digər təqsirləndirilən şəxslər isə həmin qrupa üzvlük ittihamı ilə hər biri 2 il 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Mürtəza Nurməhəmmədi isə əvvəllər başqa bir iş üzrə bu qrupa üzvlük ittihamından bəraət aldığı kimi, bu işdə də həmin ittihamdan azad olunub və yalnız “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbir olmaq” ittihamı ilə 2 il həbs cəzasına məhkum edilib.

Məhkum olunan fəalların adları bunlardır: Yuruş Mehrəlibəyli, Hamid Yeganəpur, İbrahim Əvəzzadə, Araz İbrahimnejad, Hüseyn Azadi, Əmirhüseyn Ağayi, Nasir Rəzmcu, Davud Şiri, Cavad Sudbər, Mehrdad Qədiri, Əli Babai, Mürtəza Nurməhəmmədi və Mirməhəmmədrza Mövhhid.

Məlumata görə, hakimlər hökmləri birbaşa təqsirləndirilən şəxslərə təqdim etməkdən imtina edib və iş materiallarının yalnız bir nüsxəsini fəalların vəkili Əsgər Məhəmmədiyə veriblər.

Həmçinin yoxlayın

Tramp Senatda müharibənin dayandırılması layihəsinin qəbulunu tənqid edib

GADTB: ABŞ prezidenti Donald Tramp Senatda müharibənin dayandırılması ilə bağlı layihənin qəbul edilməsinə münasibət bildirərək …

Xoyun Qotur bölgəsində dil kimliyi ilə bağlı narazılıq; kürdcə “xoş gəlmisiniz” lövhəsi quraşdırılıb

GADTB: Xoyun Qotur bölgəsində kürd dilində lövhənin quraşdırılması yerli məsulların fəaliyyəti ilə bağlı yeni müzakirələrə …