Şənbə , İyun 6 2026
azfa

Təbrizdə azərbaycanlı siyasi fəal Həbib Mehri 6 ay həbs cəzasına məhkum edilib

GADTB: Azərbaycanlı siyasi fəal və Təbriz sakini Həbib Mehri Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum olunub.

Məlumata əsasən, Həbib Mehri 1404-cü ilin aban ayında təhlükəsizlik qüvvələrinin Təbrizdə yerləşən evinə basqın etməsindən sonra saxlanılmışdı. Təhlükəsizlik əməkdaşları evdə axtarış apararkən onun mobil telefonunu müsadirə etmiş, o isə bir müddət müvəqqəti həbsdə saxlanıldıqdan sonra girov müqabilində məhkəmə prosesi başa çatanadək azadlığa buraxılmışdı.

Əvvəlki məlumatlarda bildirilib ki, Həbib Mehri vətəndaş fəaliyyəti, o cümlədən Urmiya gölünün vəziyyəti ilə bağlı məlumatlandırma işi və Azərbaycan Traxtur komandasının oyunları ilə əlaqədar fəaliyyətlərinə görə bundan əvvəl də bir neçə dəfə saxlanılmış və məhkəmə qərarları ilə üzləşmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …