Bazar ertəsi , May 25 2026
azfa

Təbrizdə fars rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq posterlər yapışdırılıb-Şəkil

İrqçi fars rejimin təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars xalqların dillərində dərs keçməyin təhlükəli və qadağan olması ilə bağlı bəyanatından sonra Güney Azərbaycanda müxtəlif formada etirazlar davam edir.

Bazar günü Təbriz şəhərində rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq üzərində məktəblərdə türk dilinin tədris olunması tələb olunan posterlər hazırlanaraq müxtəlif yerlərə yapışdırılıb. Azərbaycanlı fəallar türk dilinin Güney Azərbaycan üçün “qırmızı xətt” olduğunu da bir daha vurğulayıblar.

Şəhərin müxtəlif yerlərində yapışdırılan posterlərin üzərində “Mənim dilim ölən deyil – Özgə dilə dönən deyil”, “Türk dili bizim qırmızı xəttimizdir” və s. şüarlar yazılıb.

Qeyd edık ki, belə şüarlar son günlərdə Parsabad və Ərdəbil şəhərlərində divarlara yazılmışdır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Qaraqışlaq təbiət abidəsi beynəlxalq qeydiyyata alınacaq

GADTB: Güney Azərbaycanda Urmiya gölü su hövzəsində yerləşən Binab bölgəsinin məşhur Qaraqışlaq bataqlığı Ramsər Konvensiyasında …

Tramp: İranla razılıq əldə etsəm, bu, Obama dövründəki kimi deyil, real və güclü razılaşma olacaq

GADTB: Donald Tramp İranla mümkün razılaşmanın əvvəlki nüvə sazişlərindən tamamilə fərqli olacağını bildirib və belə …

Bir cavab yazın