Çərşənbə , Aprel 15 2026
azfa

Təbrizin tarixi Kəlkətəçi evi baxımsızlıq nəticəsində dağılmaqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Kəlkətəçi evi kimi tanınan tarixi bina diqqətsizlik nəticəsində uçub, dağılmaqdadır. İki il əvvəl həmin tarixi binanın mülkiyyətçidən alınması məsələsinin həll edildiyi və bərpa üçün şərait yarandığı mətbuatda xəbər verilsə də, bina tam baxımsız vəziyyətdə qalmaqdadır. Xüsuilə Təbriz-2018 turizm şəhəri elan edilsə də, belə tarixi binaların təmir edilib, turistlərin ixtiyarına verilməməsi təəssüf doğurmaqdadır.

Qeyd edək ki, Təbrizin tarixi Kəlkətəçi evi birinci Pəhləvi dövrünə aid Təbrizdə tarixi binadır. Həmin tarixi bina Təbrizin mərkəzində tarixi quruluşa malik olan Rasta küçədə yerləşir. Təbrizin Məşrutə evinin yaxında olan Kəlkətəçi evi Təbriz şəhərinin ənənəvi memarlıq əsəri də hesab edilir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın