Bazar , Noyabr 29 2026
azfa

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi və 16 milyon barel neft keçib.

Axios-un müxbiri Barak Ravid şənbə günü, 22 avqust bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, ABŞ hökumətinin üç rəsmisinə istinadən bildirib ki, cümə gecəsi təxminən 40 neft tankeri Hörmüz boğazının cənubundakı dərinlik kanalından keçərək boğaza daxil olub və oradan çıxıb. Təxminən 16 milyon barel neft də cənub kanalından bu boğaz vasitəsilə daşınıb.

Hörmüz boğazından neft keçidinin bu həcmi, Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu limanından ixrac etdiyi 7 milyon barel neft və BƏƏ-nin Oman körfəzinin girişində yerləşən Fuceyrə limanından neft daşımaları da nəzərə alındıqda, Hörmüz boğazında böhran başlamazdan əvvəl bu bölgədən keçən neft həcminə bərabərdir.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …