Təbrizdə azərbaycanlı fəallar məktəblilərə mindən çox türk dilində kitab hədiyyə etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbayanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar azərbaycanlı məktəblilərə mindən çox kitab hədiyyə ediblər.

Paylanılan kitablar “Hər bir azərbaycanlı məktəbliyə bir ədə türk dilində kitab” kampaniyası çərçivəsində hədiyyə edilib.

Təbriz şəhərində məktəblilərə türk dilində kitabların paylanan məktəblilər və onların ailələri tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, işğalçı fars rejim azərbaycan türkəsində təhsili qadağan etdiyi üçün azərbaycanlı milli-mədəni fəallar azərbaycanlı məktəbliləri türk dilində kitab oxumağa alışdırmaq istəyirlər.

 

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın