GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli mədəni fəallar Təbriz şəhərlərinin divarlarında Babək qalası qurultayına çağırışla bağlı şüarlar yazıblar.
Şüarlarda bu il 5-6 iyul tarixlərində Kəleybərdə yerləşən Babək qalasında illik Babək qalası qurultayının keçiriləcəyi bildirilir. Fəallar Azərbaycan türklərini həmin qurultayda iştiraka səsləyir.
Qeyd edək ki, illik bu qurultayın daha geniş şəkildə keçiriləcəyi bildirilir. Bir neçə gün öncə isə bir qrup azərbaycanlı fəal öz ailələri ilə birlikdə Babək qalasına toplaşmışdılar.