GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizin havasının çirklənməsinin 70 faizi Urmiya gölünün qurudulması ilə əlaqədardır. Bu barədə Təbriz Şəhər Şurasının üzvü Məhəmmədbağır Beheşti açıqlama verib.
Məhəmmədbağır Beheşti Təbriz Şəhər Şurasının iclasında qeyib ki, mütəxəssislərin dəyərləndirməsinə görə bölgədə hava çirkliliyinin 70 faizi Urmiya gölünün qurudlması ilə bağlıdır. Hətta Təbrizdə biz yevro-2 yanağaından da istifadə etmirik. Nə üçün Təbrizin havası ölkədə ən çirkli hava olmalıdır? Hətta sənaye şəhəri olmayan Urmiya şəhəri də bu problemlə qarşı-qarşıyadır.
Təbriz Şəhər Şurasının başqa üzvü Firidun Babi də Təbriz, Urmiya və Güney Azərbaycanın digər şəhərlərində havanın çirklənməsi məsələsində görə Urmiya gölünün payını müəyyən etməyi tələb edib.
Qeyd edək ki, İran adlanan ölkənin rəsmiləri Urmiya gölünü qurudandan sonra Güney Azərbaycan iqlim dəyişikliyinə məruz qalıb və əskər şəhərlərin havası kəskin çirklənib.