GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin həbs etdiyi Təbriz Universitetinin öyrəncisi 21 yaşlı Ehsan Fəridi 220 gündür qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.
Ehsan Fəridinin həbsinin üstündən 7 aydan çox keçməsinə və onun İnqilab Məhkəməsində mühakimə olunmasına baxmayaraq, hələ də onun barəsində hökm çıxarılmayıb.
Azərbaycanlı öyrəncinin mühakiməsi vəkillə təmin edilmədən və videokonfrans şəklində keçirilib. O, təhlükəsizlik məsələlərində günahlandırılsa da konkret nədə ittiham olunduğu açıqlanmayıb.
Ehsan Fəridinin işinin bir hissəsi üzrə məhkəmə iclası ötən ilin sentyabr ayında Təbriz Cinayət Məhkəməsində keçirilib və o, işinin bu hissəsinə görə 18 ay həbs cəzasına məhkum edilib.
Daha sonra o Təbriz İnqilab Məhkəməsində 2 avqust 2024 və 11 dekabr 2024-də videokonfrans şəklində məhkəməsi olub.
Qeyd edək ki, Təbriz Universitetinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin öyrəncisi Ehsan Fəridi mayın 19-da Ümumi və İnqilab Məhkəməsinə çağırıldıqdan sonra həbs edilərək Təbrizin mərkəzi həbsxanasına köçürülüb.
Onun barəsində irəli sürülən ittiham barədə açıqlama verilməyib.
Bundan əvvəl martın 8-də də təhlükəsizlik qüvvələri Fəridini həbs edib, 10 gün dindirdikdən sonra sərbəst buraxmışdılar.