Bazar , Noyabr 29 2026
azfa

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə qarşılaşdığını yazıb. Onun sözlərinə görə, bu insanlar iş və gəlir əldə etmək ümidi ilə Türkiyəyə üz tuturlar.

Əlimuradi paylaşımında türk dilini bilməmələrinə baxmayaraq, işləmək üçün Dənizliyə yollanan İsfahanlı bir ailədən bəhs edib. O, həmçinin əvvəllər universitetdə çalışan, lakin daha çox gəlir əldə etmək məqsədilə tikinti sahəsində mühəndis-texniki işlər görmək üçün zəlzələdən zərər çəkmiş Hatay şəhərinə gedən bir kişinin hekayəsini də bölüşüb.

Rejissorun yazdığına görə, hərbi xidmətlərini başa vurduqlarından cəmi iki ay keçmiş üç təbrizli gənc də hərbi xidmət dövründən qalan bel çantaları ilə Türkiyəyə yollanmışdılar. Onlar orada iş taparaq özlərinə yeni həyat qurmağa ümid edirdilər.

Əlimuradi sadə fəhlələrin, ixtisaslı mütəxəssislərin, ailələrin və gənclərin də Türkiyəyə gedən sərnişinlər arasında olduğunu vurğulayıb. O, bu müşahidələrini sərhədin o tayında iş və qazanc imkanları axtaran insanların həyatından bir mənzərə kimi təqdim edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …