Çərşənbə , Mart 12 2025
azfa

Təzyiqlərlə qarşılaşan öyrənci fəalı Armita Pavir rejimin Təbrizdəki zindanında aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məcburi etiraf alınması üçün təzyiqlərlə qarşılaşan öyrənci fəalı Armita Pavir rejimin Təbrizdəki zindanında aclıq aksiyası keçirir.

Azərbaycanlı öyrənci fəalı Armita Pavir ETTELAAT qüvvələrinin basqısı altındadır.

Məlumata görə, ETTELAAT qüvvələri etirazçı qızdan məcburi etiraf almağa və ona qarşı məhkəmə işi açmağa çalışırlar.

Qeyd edək ki, Armita Pavir Təbrizin “Mədəni” Universitetinin Molekulyar Hüceyrə Biologiyası Fakültəsinin öyrəncisidir. O, 1 ay öncə molla rejiminin məmurları tərəfindən yenidən saxlanılıb.

Azərbaycanlı xanım göyərtəsində 176 sərnişin olan Ukraynanın mülki təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında SEPAH tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə, bir il müddətinə təhsildən məhrum edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycanın müxtəlif şəhərlərində telekommunikasiya təqaüdçüləri yenidən aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün, çərşənbə axşamı telekommunikasiya təqaüdçüləri yenidən Azərbaycanın …

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini …