Çərşənbə , İyun 10 2026
azfa

Tahirə Becrəvani Evin zindanından azad edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tahirə Becrəvani dünən gecə martın 18-də məhkəmə məhbusları əfv edilməsi istiqamətində ittihamlardan bəraət alaraq Evin zindanından azadlığa çıxıb.

Qeyd edək ki, 2019-cu ilin noyabr etirazlarının qurbanlarından Əli Fütuhinin həyat yoldaşı Tahirə Becrəvani Şəhryarda rejimin İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən heç bir günahı olmadan 18 ay həbs cəzasına məhkum edilmişdi.

Tahirə Becrəvani molla rejimi tərəfindən “rəhbərliyi təhqir etmək”də ittiham edilərək, ona qarşı irəli sürülən ittihamı sübut etmək üçün məhkəməyə “heç bir sənəd və sübut” təqdim edilməmişdi.

Tahirə Becrəvani 2019-cu ilin noyabr etirazlarında hökumət qüvvələri tərəfindən öldürülən Əli Fətuhinin həyat yoldaşıdır. Azərbaycanlı xanım dekabrın 21-də Tehranın Qala Həsənxan bölgəsində özünün iş yerində rejimin  məmurları tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …