Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Tanınmış azərbaycanlı aşıq Yarməhəmməd İsabəyli dünyasını dəyişdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan əyalətinin Qeydar bölgəsinin Bağlıca kəndindən olan tanınmış azərbaycanlı  aşıq Yarməhəmməd İsabəyli dünyasını dəyişib.

Aşıq Yarməhəmməd İsabəyli başqa dörd aşıqla birgə YUNESKO-nun qeyri-maddı irs siyahısına salınmışdır.

Aşıq 75 aşıq nağılını uzun illər oxuyub. Onlardan 5-i isə aşığın öz yaradıcılıdır.

Yarməhəmməd İsabəyli fevralın 23-də yaşadığı Bağlıca kəndində 90 yaşında dünyasını dəyişib. O öz kəndində həmçinin əkinçilik və maldarlıqla məğul olmuşdur.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …