GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi hələ də həbs etdiyi azərbaycanlı fəallardan bəilərinə sərbəst buraxmayıb.
Azərbaycanlıların milli-mədəni hüquqları uğrunda dinc fəaliyyətlərinə görə rejimin həbs etdiyi azərbaycanlı fəal Pərviz Siyabi, Zeynəb Həmrəng, Məhəmməd Nəcəfi, Məhəmməd Ocaqlu, Əsgər Fərəci və sair fəallar zindanda bayramı keçiriblər.
Qeyd edək ki, həbs edilən adları açıqlanan azərbaycanlı fəalların heç bir günahı yoxdur və keçirilən məhkəmərdə də onların günahsız olması və yalnız milli-mədəni hüquqlar uğrunda fəaliyyət göstərdiklərinə görə yaxalandığı məlum olub.