Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbrizə yenidən hücumlar edildi-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizə yenidən hücum edilib. Güclü partlayış səslərinin ardından havadan müdafiə sistemləri işə düçüb. Hələlik haranın vurulduğu bildirilmir. Üç bölgənin vurulduğu ehtimal edilir.

Eyni zamanda axşam və gecə boyu da partlayışlar Təbriz aeroportu yaxınlığında qeydə alınıb.

İsrail ordusu dünən növbəti – üçüncü dəfə Təbrizə zərbələr endirib.

İran mətbuatının yazdığına görə, son zərbələr də hava limanı rayonuna endirilib. Zərbələr nəticəsində ərazidə güclü yanğınlar baş verib.

İsrailin Təbriz ətrafında hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində ən azı 18 nəfərin öldüyü, 35 nəfər yaralandığı bildirilib.

Məlumata görə, ölənlər arasında SEPAH polkovniki və Səhənd şəhərinin “Bəsic” qüvvələrinin “Fərh” qərargahının komandiri Yusif Möhsüni də var.

Video

https://t.me/GADTB1/42950

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …