Şənbə , Fevral 15 2025
azfa

Tehranda 300 dərviş saxlanıldı, iğtişaşlarda çox sayda ölən və yaralana var – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran şəhərində “Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma bu gün də davam edib. Toqquşma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb.

İrqçi fars rejimi polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini bildirib. Həmçinin təriqət üzvləri arasında yaralananlar olsa da, onların dəqiq sayı açıqlanmayıb.

Polislərdən 3-ü izdiham zamanı üzərlərinə avtobus sürülməsi nəticəsində, biri minik avtomibili ilə edilən hücumda, biri isə bıçaqlanaraq öldürülüb.

Qeyd edək ki, təriqət üzvü Nemətullah Reyahinin həbs edilməsinə etiraz edən şəxslər Tehranın Pasdaran bölgəsində sözügedən şəxsin saxlanıldığı polis bölməsinin qarşısında toplaşaraq etiraza başlayıb. Polisin xəbərdarlıqlarına məhəl qoymayan kütlə ilə təhlükəsizlik orqanları arasında “Qonabadi Dərvişləri” təriqətinin lideri Nur Əli Tabəndənin evinin qarşısında qarşıdurma yaşanıb.

Həmçinin yoxlayın

Human Rights Watch: “İran azərbaycanlıı fəallara qarşı ittihamları ləğv etməli və onları sərbəst buraxmalıdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Human Rights Watch” Təşkilatı dünən İran hökumətini həbs …

Türk dünyası öz taleyini formalaşdıracaq uzun bir yolun başlanğıcındadır

Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdat Amreyev Bakida keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət …

Bir cavab yazın