Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Tehranda azərbaycanlı tərəfdarlar milli şüar yazılmış banner qaldırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, martın 14-də Voleybol üzrə Premyer Liqanın onuncu həftəsinin oyunu çərçivəsində Tehranın İslamşəhr bölgəsində “Urmiya Şəhrdarisi” və “Təbiət-i Tehran” voleybol komandalarının yarışı zamanı milli şüarlar səsləndirilib.

Azərbaycan şəhərlərindən və Tehrandan olan çox sayda tərəfdar zala toplaşaraq molla rejimin və kürd terrorçuların torpaq iddialarını pisləyiblər.

Azərbaycanlı tərəfdarlar əllərində “Urmiya Azərbaycanın ürəyidir”  yazılmış banner nümayiş etdiriblər.

Onlar bu vasitə ilə son parlament seçkisində Urmiya şəhərindən iki kürd namizədin parlamentə göndərilməsinə etiraz ediblər.

Qeyd edək ki, kürdlərin molla rejimlə birlikdə Azərbaycana qarşı fitnəkarlığı haqlı olaraq azərbaycanlı gənclərin etirazı ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …