Şənbə , Oktyabr 17 2026
azfa

Tehranın Evin zindanında məhbusların acınacaqlı vəziyyəti

GADTB: Tehranın Evin zindanında siyasi və yoxsul məhbuslar pis, varlı məhbuslar yaxşı yaşayır.

Evin zindanının 4-cü kolonunda adının çəkilməsini istəməyən siyasi məhbusun “Amerikanın Səsi”nə verdiyi məlumatda deyilir:

“Evin həbsxanasının 4-cü kolonunda cəza çəkən siyasi və aşağı səviyyəli məhbuslar pis vəziyyətdə, imkanlı məhbuslar isə lüks şəraitdə yaşayırlar”.

O, əlavə edib: “İslam Respublikası hökuməti siyasi məhbuslara təzyiqləri gücləndirib. Sözügedən kolonun 1 saylı bölməsində “xarici ölkələrlə əlaqədə və casusluqda” ittiham olunan 40-a yaxın siyasi məhbus, qalan bölmələrdə isə maliyyə ittihamları əsasında həbs edilən məhbuslar, üçüncü bölmədə isə 50-dən çox məhbus saxlanılır. Siyasi məhbuslar sıxlığı yüksək olan dörd otaqda saxlanılır və standartdan kənar dözülməz şəraitdə qalırlar”./ Azad İran

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …