Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Terrorçu kürd təşkilatları PJAK və PKK Azərbaycan türklərini oğurlamaqla pul qazanır

GADTB-nin Mətbuat Mərkəzinin “Nedayeurmia” saytına istinadən yaydığı məlumata görə, terrorçu kürd təşkilatları olan PJAK və PKK Qərbi Azərbaycan vilayətinin Maku məntəqəsinin bir sakinini oğurlayıb, ailəsinin 40 milyon tümən pul verməsi qarşılığında sərbəst buraxacaqlarını deyiblər.

Məlumata görə, Azərbaycanın qərb bölgəsinə hücum edən həmin terrorçu kürd təşkilatları Makının Yuxarı Yarımqaya kəndinin sakini Yusif Əmiq Kanlı Hüseyn oğlunu oğurlayıb, daha sonra ailəsi ilə əlaqə saxlayaraq, həmin şəxsin sərbəst buraxılması üçün 40 milyon tümən pul istəyiblər.

Qeyd edək ki, terrorçu kürd PJAK təşkilatı bu il 5 Azərbaycan türkünü oğurlayıb. İran rejimi isə kürd terrorçularının Qərbi Azərbaycanda terror və adamoğurluğuna göz yumur. Məqsəd isə Azərbaycan türklərini əzəli yurdlarından uzaqlaşdırmaq və Azərbaycanı kürdləşdirməkdir.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …