Şənbə , Noyabr 14 2026
azfa

Terrorçu PKK-nın Kremlə dəvət olunması Türkiyənin etirazına səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu PKK təşkilatının Suriya uzantısı PKK/YPG-nin rəhbərliyinin Rusiyaya dəvət edilməsi Ankarada böyük narahatlığa və etiraza səbəb olub.

Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya etirazını bildirdi.

XİN-nin açıqlamasında deyilir ki, “Terror təşkilatı PKK / YPG-nin rəhbərliyi altında qondarma” Suriya Demokratik Şurası “nın təmsilçilərindən ibarət bir qrupun Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya rəsmi orqanları tərəfindən yüksək səviyyədə qəbul ediləcəyi bizi narahat edir.

PKK/YPG Suriyanın ərazi bütövlüyünü və xüsusilə də Türkiyənin milli təhlükəsizliyini təhdid edən bir terror təşkilatıdır.

Terrorizmin bütün formaları və təzahürləri ilə mübarizə aparmaq və qonşu ölkələrin milli təhlükəsizliyinə və Suriyanın ərazi bütövlüyünə zərər verəcək separatçı gündəmlərə qarşı durmaq, bu günə qədər Astana formatında keçirilən yüksək səviyyəli görüşlərin sonunda verilmiş ortaq açıqlamalarda qeyd edilən ortaq bir öhdəlikdir.

Rusiya Federasiyasının Astana ruhuna və Astana formatlı görüşlərdə alınan öhdəliklərə uyğun hərəkət etməsini və terror təşkilatı PKK / YPG-yə bağlı birləşmələrin gündəminə xidmət edəcək addımların atılmasını gözləyirik.

Bu mövzuda reaksiyamızı Rusiyaya səlahiyyətlilərimizə çatdırmaq üçün Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya səfər edəcək.

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …

Bir cavab yazın