Çərşənbə , Sentyabr 30 2026
azfa

Terrorçu PKK təşkilatında qadın üzvlərə dəhşətli təcavüz etirafları

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində ağır zərbələr alan PKK terror təşkilatının 1 il ərzində təslim olan 297 qadın üzvünün ifadələri sənədləşdirilib.

Sənəddəki ifadələr qadın terrorçuların yaşadıqları faciələri ortaya qoyub.

Terrorçu lider Duran Qalxanın düşərgələrində xidmət edən qadınlar başçılarını “Manyak Abbas” adlandırıb.

Silav Qarzan:

“Kandildə təcavüzə qarşı çıxdığı, ya da təcavüzə məruz qaldığı üçün edam edilənlər ilə yaşadıqlarına tab gətirə bilməyib intihar edən qadınların sümüklərini düzsələr, kəndlərindən Kandilə qədər uzanar. Təşkilatın qadın qolu YJA STAR-ın başında duran qadınlar həmcinslərinin kişi idarəçilər tərəfindən cinsi kölə kimi istifadə edilməsinə göz yumur”.

Zozan Fırat:

“Təşkilatdan qaçışlar artanda Kandil bölgəsindəki düşərgələrdə xüsusi edam komandaları quruldu. Aprel və mayda, 40-a yaxın yoldaşımız bu komandalar tərəfindən edam edildi. 27 nəfərin edamını telefona çəkiblər. Bunu düşərgələrdə bizə də göndərdilər”.

Roybin Delila:

“Bir qadın üçün Kandil demək təcavüz deməkdir. Kandildə qadın istəyənin dilədiyi kimi istifadə etdiyi əşyadır. Həm mənim, həm qohumlarımın bədəni bunu yaşadı. İdarəçilərin cinsi manyaklığı qadınla sərhədlənmir. Suriyadan qaçırılıb gətirilən azyaşlılara belə təcavüz edirlər. Yaşamaq üçün deyil, yaşananları anlatmaq üçün təslim olmuşam…”

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın