Çərşənbə , Oktyabr 21 2026
azfa

Terrorçu Sepah Təbrizdə məntəqə bələdiyyələrinin sədrlərini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin terrorçu sepah qüvvəsi dünən Təbriz şəhərinin məntəqələrinin bələdiyyə başçılarında bir neçəsini yaxalayıb. Rejim bu yaxalama hallarının IV şəhər Şurasında korrupsiya halının olması ilə əlaqələndirib.

Təbrizin bələdiyyə başçısı Şəhin Baher tutulan məntəqə bələdiyyə başçılarının ittihamlarından xəbərsiz olduğunu iddia edib. Tutulanların sorğu-sualının davam etdiyi bildirilib. Bunun üçün ittihamların məhkəmə sistemi tərəfindən açıqlanmadığıni əlavə edib.

Qeyd edək ki, bir müddət öncə Təbrizin birinci məntəqə bələdiyyə başçısı Rza Paknəhad da korrupsiya ittihamı ilə bağlı ETTELAAT tərəfindən yaxalanmışdı.

Keçən il Təbrizin keçmiş Blədiyyə başçısı Sadiq Nəcəfi də bənzər ittihamlarla yaxalanmışdı.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Bir cavab yazın