Cümə axşamı , Dekabr 26 2024
azfa

Terrorçu YPG düşərgəsi ələ keçirildi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Afrində Azad Suriya Ordusu YPG-PKK terrorçularına aid düşərgəni ələ keçirib.

Suriyanın Şeran bölgəsinin Öməranlı kəndi yaxınlığında ASO ilə terrorçular arasında qızğın döyüş baş verib.

Döyüşün nəticəsi olaraq ASO terrorçuları məhv edərək, YPG-PKK düşərgəsini təmizləyib. Düşərgə ərazisində Abdullah Öcalanın qaya üzərinə vurulmuş təsviri məhv edilib. Ərazidən terror qruplaşmasına aid silah-sursat və çoxlu sayda sənədlər ələ keçirilib.

Bu arada Afrində Türkiyə Silahlı Qüvvələri azad edilmiş bölgələrdə mina axtarma və təmizləmə işlərinə davam edib.

Axar.az xəbər verir ki, Afrinin düzənlik hissəsində aparılan əməliyyatlar nəticəsində müqavimət göstərə bilməyərək qaçan terrorçular türk əsgərlərinə çoxlu sayda tələlər hazırlayıb.

Məlumata görə, türk ordusu terrorçuların hazırladığı tələlər və torpağa basdırılmış partladıcı qurğuları böyük diqqətlə təmizləyib. Xüsusən Mersava bölgəsində aşkar edilmiş torpağa basdırılan partladıcı qurğuların zərərsizləşdirilməsi zamanı ən son texnoloji yeniliklərdən istifadə edən TSQ daha sonra partladıcıların təhlükəsiz ərazidə məhv edilməsi prosesini həyata keçirib.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın